Ermənistan bu gün baş nazirini seçəcək
8 May 2018 09:52 DünyaErmənistanda etirazçıların lideri, deputat Nikol Paşinyan mayın 8-ni istirahət günü elan edib.Bu barədə o, mayın 7-si keçirilən mitinqdə elan edib.Paşinyan etriazçılar qarşısında çıxış edərək mayın 8-i saat 12-də parlamentdə seçimlər keçiriləcəyini və baş nazir olacağını elan edib."Seçimlər parlamentdə saat 12-də başlayacaq. Danışdığımız kimi hər kəsi saat 11-də Respublika meydanında gözləyirəm. Artıq "Daşnaksütyun", "Sarukyan", "Çıxış" və hakim "Respublika" Partiyasından olan bəzi deputatlardan mənə səsə verəcəkləri barədə rəsmi cavab almışam" - Paşinyan bəyan edib.Bu hadisə ilə əlaqədar o mayın 8-ni qeydi -iş günü elan edib.Həmçinin hər kəsi saat 11-də Respublika meydanında toplaşmağa çağırıb. Əgər Ermənistanda bu gün də baş nazir seçkisi baş tutmasa. parlament buraxılacaq.(Modern.az )