İncə liftdə qaldı, partiya üzvlərinə əsəbləşdi - VİDEO

CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə partiya sədri Kamal Kılıçdaroğlu ilə görüşmək üçün partiyanın qərargahına gəlib.

Kılıçdaroğlunun kabinetinə yollanmaq istəyən İncə liftdə yaranan sıxlığa görə gərgin anlar yaşayıb.

Liftə minməkdə çətinlik çəkən prezidentliyə namizəd "mən enərəm" deyərək liftdən düşüb. Daha sonra partiya üzvlərindən biri ona yer verib. Əsəbi halda liftə minən Məhərrəm İncə "Bu ağılla iqtidar olmaq mümkün deyil. Belə də şey olar?" deyərək vəziyyətə reaksiya göstərib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31