Paşinyana necə səs veriləcəyini Sərkisyan müəyyən edəcək

Respublika Partiyası baş nazir seçkisindən sonra müxalifət olmağa hazırdır.

Bunu jurnalistlərə açıqlamasında Respublika Partiyasının Ermənistan parlamentindəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib. Onun sözlərinə görə, baş nazir seçkisində partiyadan olan deputatların necə səs verəcəyinə Serj Sərkisyanın rəhbərliyi ilə keçiriləcək partiya iclasından sonra aydınlıq gətiriləcək.

Qeyd edək ki, Respublika Partiyası bundan öncə Nikol Paşinyanı baş nazir seçkisində dəstəkləyəcəyini bildirmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31