“Bəşər Əsədi öldürərik” - İsraildən hədə

İsrailin energetika naziri Yuval Steintz Suriya prezidenti Bəşər Əsədi təhdid edib.

Steintz İran Suriya ərazisindən İsraili vurmaq üçün istifadə edərsə, Əsədi öldürəcəklərini deyib: "İsrail indiyədək Suriyada daxili müharibələrə qarışmayıb.

Əgər Bəşər Əsəd İranın Suriyada hərbi əməliyyatlar keçirməsinə icazə verərsə, İsrail onu aradan götürəcək və rejimi devirəcək". 

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31