Misir Suriyaya ordu göndərməkdən imtina etdi

Misir hakimiyyəti Suriyaya ordusu göndərmək məsələsini müzakirə etmir. Bunu jurnalistlərə açıqlamasında Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd deyib.

Misir hakimiyyəti Suriyaya ordusu göndərmək məsələsini müzakirə etmir. Bunu jurnalistlərə açıqlamasında Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd deyib.

Qeyd edək ki, bundan öncə "Əl Əhram" qəzeti Misir Xarici İşlər naziri Sameh Şükrünün müsahibəsini dərc edib. Müsahibədə Şükrü Suriyaya gələcəkdə ərəb ölkələrinin hərbi missiyasını göndərəcəyini bildirib. O ordunun tərkibində Misir qüvvələrinin olması isə təkzib edilir. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31