Rusiyaya sanksiyanı bu şirkətlər pozdu – İstintaq başladı

Hollandiya prokurorluğu Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozması ittihamı ilə 7 holland şirkətinə qarşı istintaqa başlayıb. Bu barədə “Algemeen Dagblad” nəşri yazıb.

Hollandiya prokurorluğu Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozması ittihamı ilə 7 holland şirkətinə qarşı istintaqa başlayıb. Bu barədə "Algemeen Dagblad" nəşri yazıb.

Nəşrin adını çəkmədiyi şirkətlər Krım körpüsünün tikintisi üçün ağır texnika satmaqda şübhəli bilinir. Əgər şirkətlər mal və xidmətlərin tədarükü üzrə embarqonu pozmaqda günahkar bilinsələr, Avropa Məhkəməsi bunu "Ukraynanın ərazi bütövlüyünün pozulması" kimi qiymətləndiriləcək.

Hüquqi şəxslər üçün buna görə maksimum 820 min avro, fiziki şəxslər üçün 82 min avro cərimə və yaxud altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Xatırladaq ki, Avropa Birliyi 2014-cü ildən etibarən Krım hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31