Rusiya Cənub Hərbi Dairəsinin 560-dan çox hərbçisi Suriyadakı əməliyyatlarda iştirak edib

Rusiya Cənub Hərbi Dairəsinin 560-dan çox hərbçisi 2015-ci ildən Suriyadakı hərbi əməliyyatlara cəlb olunub.

Bunu dairə qoşunları komandanı Aleksandr Dvornikov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, əməliyyatlarda dairənin döyüş gəmilərindən terrorçu İŞİD qruplaşmasının mövqelərinin vurulmasında "Kalibr" qanadlı raketləri xüsusi rol oynayıb: "Hərbi polisə Tartus limanının təhlükəsizliyinin təmin edilməsi tapşırığı verilmişdi".

Komandan bildirib ki, Suriyadakı münaqişənin aradan qaldırılmasında iştirak etmiş Cənub Dairəsinin 400-ə yaxın hərbçisi Rusiyanın orden və medalları ilə təltif olunublar. Hərbi təyyarəçi, polkovnik Rəfaqət Habibullinə isə ölümündən sonra Rusiya Qəhrəmanı fəxri adı verilib.

Qeyd edək ki, Rusiya Hərbi-Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlarda iştirak edir. 2017-ci il dekabrın 11-də isə Rusiya Prezidenti Vladimir Putin Xmeymimdəki hərbi bazada çıxışı zamanı Rusiya hərbçilərinin Suriyadakı əməliyyatları başa çatdırdıqları və qoşunların ixtisarına dair əmr verib. 

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31