Gürcüstanın dövlət qurumunun serverinə kiberhücum olub

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində olan Mülki Aviasiya Agentliyinin serveri kiberhücuma məruz qalıb. 
 

Mayın 2-də baş vermiş kiberhücum nəticəsində kompüter virusu agentliyin məlumat bazası, proqramları və elektron poçt ünvanını sıradan çıxarıb.
 

Hazırda virusun yaratdığı problemin aradan qaldırılması istiqamətində işlər aparılır.  Aviaşirkət və müəssisələr, operatorlar və aviasiya mütəxəssisləri üçün alternativ elektron poçt ünvanları fəaliyyət göstərir.

Mülki Aviasiya Agentliyi adi qaydada fəaliyyətini davam etdirir və aviasiya şirkətlərinə xidmət gecikmə olmadan göstərilir.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31