ABŞ-dan Türkiyənin Rusiyadan aldığı S-400-lərlə bağlı NÖVBƏTİ AÇIQLAMA

Türkiyənin Rusiyadan aldığı S-400-lər NATO standartlarına uyğun gəlmir.

Bunu Dövlət Departamentinin xüsusi nümayəndəsi Hezer Nauert deyib.

Nauert deyib ki, ABŞ Türkiyənin S-400-ləri tədarük etməsindən ciddi narahatlıq keçirir: "NATO ilə razılığa görə, Türkiyə alyansın üzvü kimi yalnız digər üzvlərə uyğun olan silah və hərbi texnikanı tədarük edə bilər. Biz burada uyğunluq olduğunu hesab etmirik

ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo da Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın "S-400"-lərə dair qərarından narahatlığını bildirmişdi.

Publika.az "Gazeta.ru"ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31