Latviya Parlamenti uşaqların və gənclərin Rusiya hərbi düşərgələrində iştirakına qadağanı təsdiqləyib
4 May 2018 11:44 DünyaLatviya Parlamenti ölkə qanunvericiliyinə bu respublikadan olan uşaqların və gənclərin Rusiya və bəzi başqa ölkələrin ərazisində yerləşən hərbi düşərgələrdə iştirakını qadağan edilməsi barədə düzəlişləri üçüncü, sonuncu oxunuşda böyük səs çoxluğu ilə təsdiqləyib.
NATO və Avropa İttifaqına üzv ölkələrdə keçirilən hərbi xarakterli tədbirlər istisna təşkil edir.
Uşaq hüquqlarının müdafiəsi haqqında qanuna edilən müvafiq düzəlişlərin təşəbbüsçüsü kimi hakim koalisiyaya daxil olan "Yaşıllar" və Kəndlilər İttifaqından Seymin deputatı Karlis Serjants çıxış edib.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31