Ərdoğan davam etməkdə olan Afrindəki əməliyyatlardan danışdı

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində hərbi əməliyyatları hələ tam yekunlaşdırmayıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Türkiyə lideri qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin əsas vəzifəsi yaşayış məntəqələrinin piyada əleyhinə və tank əleyhinə minalardan təmizlənməsidir.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində hərbi əməliyyatları hələ tam yekunlaşdırmayıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə lideri qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin əsas vəzifəsi yaşayış məntəqələrinin piyada əleyhinə və tank əleyhinə minalardan təmizlənməsidir.

R.T.Ərdoğan əlavə edib ki, Mənbic rayonunda gələcək əməliyyatları ABŞ-da Türkiyə XİN rəhbəri Mayk Pompeo ilə müzakirə edəcək.

Xatırladaq ki, bu ilin yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31