Müxaliflərin təxliyəsi başladı, humanitar dəhliz açıldı

Suriyanın Yermuk bölgəsindən müxaliflərin təxliyəsi başlayıb.Axar.az xəbər verir ki, bu barədə məlumatı rusiyalı general-mayor Yuri Yevtuşenko verib."Atəşkəs Monitorinq Mərkəzi və Rusiya hərbi polislərinin öncədən əldə etdiyi müqavilə çərçivəsində Muhayyəm əl-Yermuk bölgəsindəki Yalda, Babilistan və Beyt Sahim yaşayış məntəqələrindən müxaliflər və ailələrinin təxliyəsi başlayıb. Bu məqsədlə bu gündən etibarən Beyt Sahim yaxınlığında müvəqqəti humanitar dəhliz açılıb", - Yevtuşenko söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31