Türkiyə müxalifətinin prezidentliyinə namizədi açıqlandı

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə prezidentliyinə partiyanın üzvü Muharrem İncenin namizədliyini irəli sürüb.

Sabah CHP lideri Kamal Kılıçdaroğlu M.İncenin prezidentliyə namizədliyini rəsmən elan edəcək.

Qeyd edək ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31