Avstraliya höküməti 1 milyon kenqurunu öldürəcək
3 May 2018 18:01 DünyaAvstraliya hökuməti vəhşi təbiəti və otlaq sahələrini qorumaq üçün kenquruları öldürəcək.
Növbəti il ərzində 1 milyon kenqurunun öldürülməsi planlaşdırılır. Hökümət planından əlavə qeyri-qanuni ovlanma hadisələrinin bu heyvanın sayında kəskin azalmaya gətirib çıxaracağı təxmin edilir.
Təkcə 2015-ci ildə 1,5 milyon kenquru öldürülüb. Qeyri-rəsmi rəqəmin isə daha böyük olduğu qeyd edilir.
Heyvansevərlər bu canlıların məhvinə qarşı çıxırlar.
Qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31