“Facebook”dan məlumat oğurlayan şirkət bağlanır

ABŞ-da keçirilən prezident seçkilərində "Facebook" məlumatlarını oğurlayaraq istifadə etməkdə ittiham edilən şirkət fəaliyyətini dayandırır.

87 milyon "Facebook" istifadəçisinin məlumatlarını ələ keçirərək siyasi məsləhətçi kimi fəaliyyət göstərən "Cambridge Analytica" bağlanır. Bunun səbəbi isə şirkətin müştəri itirməsidir.

Şirkətin mətbuat katibi Klerens Mitçel yazılı açıqlama verib:
"Şirkətimizdə işləyənlərin etika və qanunlar çərçivəsində hərəkət etdiyinə rəğmən mətbuatın hücumu bütün müştərilərin itirilməsinə səbəb oldu. Nəticə olaraq şirkətin fəaliyyətinə davam etməsi mümkünsüz olub. Bu səbəbdən şirkətimiz bağlanır".

Bundan başqa şirkətin "SCL Elections" qurumu da müflis elan edilib.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31