Erməniləri gərgin iqtisadi böhran, həm də aclıq gözləyir
3 May 2018 11:45 Dünyaİşğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir
İşğalçı ölkədə cərəyan edən proseslər, daxili siyasi gərginliyin getdikcə artması fonundaErmənistan okeanda sükansız qalan gəmiyə bənzəyir. Cərəyan edən hadisələr onu deməyə əsas verir ki, öz müstəqil siyasəti, seçimi, idarəetməsi olmayan Ermənistan istənilən istiqamətə yön ala bilər. Belə bir situasiyada isə Azərbaycan tərəfi olaraq düşmənin atdığı və ya ata biləcəyi, edəcəyi bütün gedişləri diqqətlə izləməli, ona qarşı adekvat tədbirlər görməliyik. Elə əksər ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan tərəfi olaraq öz növbəmizdə Ermənistan adlı bir gəminin istənilən marşrut trayektoriyasını öyrənməliyik. Onun sözlərinə görə, biz indiki vəziyyətdə ermənilər qədər "Ermənistanda hadisələr necə inkişaf edə bilər" sualı üzərində düşünməliyik: "Ermənistanda vətəndaş müharibəsi başlayarsa bu nə dərəcədə Azərbaycanın xeyrinədir? Bu sual üzərində də düşünməyə dəyər. Ermənistan 1990-cı illərin əvvəllərində bizdəki qarışıqlıqdan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb. Biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan istifadə etməliyikmi? Müşahidə etdiyim qədər bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər.İkinci qisim isə tam tərsinə deyir ki, hücuma keçsək Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-ci illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə yenə qarşımızda Rusiyanı görəcəyik" Politoloq deyib ki,.müharibə variantınınriqsləriazdeyil: "AncaqErmənistanı elə bugünlərdə dəhərbitəzyiqaltındasaxlamağa, snayperlərimizidəqiqatəşlərinidavametməsinə Rusiyabizə maneolmur, oladabilməz. O ki qaldı, Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir, bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Nikol Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Serj Sərkisyanın dediklərini təkrarlasa da, hər halda o nə Köçəryandır, nə də ki, Sərkisyan. Mənə elə gəlir ki, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var, sadəcə bu alətləri işə salmaq lazımdır".
Millət vəkili Sahib Alıyev qeyd edib ki, Ermənistandakı hərbi xunta hakimiyyəti başqa ad altında davam etdirmək üçün referenduma getdi, bəlli çevrələr alqışladı. Ötən il parlament seçkisi böyük saxtakarlıqlara yol verməklə keçirilsə də, bu da demokratiyaya doğru iri bir addım kimi qiymətləndirildi: "Parlamentdə oyuncaq prezident təyin edildi yenə alqış. Serj Sərkisyan konstitusiya dəyişikliyinə gedərkən heç bir yüksək post tutmayacağını bildirsə də, baş nazir kürsüsnə əyləşdi, təbrik dalınca təbriklər gəldi. Sərkisyan getdi, bu, demokratiyanın təntənəsi adlandırıldı. Populist və yaramazın biri keçilməli bütün prosedurları ayaq altda ataraq guya "xalqın təmsilçisi" kimi baş nazir olmaq istəyir buna da normal yanaşılır. Sual olunur, yaxşı, Ermənistadakı son seçki şouları əgər demokratiyanın tələblərinə uyğun idisə, onda haylar niyə küçələrə axışdı? Deyildisə, nədən Sərkisyanın son zamanlar atdığı bütün addımlar müsbət qiymətləndirilir, ona alqış və təbriklər yağdırılırdı?"
Начало формы
Müstəqil ekspert Zeynal Əmralıyev isə bildirib ki, Ermənistanda Paşinyanla hakimiyyət arasındakı dava ölkəni uçuruma aparır: "Ölkədəkı iş adamlarıda artıq çaşbaş vəziyyətdədir. Sərkisyanı devirən Paşinyan boş qalmış taxtda otura bilmir, daha doğrusu oturulmur.Çünki hakimiyyətdəki Qarabağ klanı onu ölkənin başına keçməsinə böyük əngəl törədir. Paşinyan hakiməyyətə gələcək və ya gələ bilər, ancaq zənnimcə orda çox az duruş gətirəcək. Çünki güclü komandası yoxdu, küçələrdən gəlib və bir o qədərdə idarəçilikdən anlayışı yoxdur". Ekspert hesab edir ki, Paşinyanın bu günə qədər ki, fəaliyyətinə baxdıqda ancaq işinin mövcud hakimiyyəti söyməkdən ibarət olduğunu açıqca müəyyə edə bilərik: "Siyasi böhran bir qırağa məsələnin bir başqa tərəfidə budur ki, erməniləri gərgin iqdisadi böhran, həmdə aclıq gözləyir. Ermənistanın Rusiyanın forpostu olduğu heç kəsə sirr deyil .Rusiyanın könlündəki qrup hazırkı hakimiyyət idi. Daspora da indiki hakimiyyətin tərəfindədir. Bu açıq aşkar belədir. Ancaq xalq Paşinyanı dəstəkləyir.Əgər Paşinyan hakimiyyətə gələrsə Ermənistan Rusiyanın və erməni diasporasının yardımından məhrum olacaq. Onlar hər vəchlə üsyankar olan, küçədən gəlmiş və sözəbaxmayan Paşinyanı devirmək üçün erməniləri aclığa düçar edəcəklər. Nəticədə aclığa məruz qalmış ermənilər onu devirəcək.Təbii ki bunlar mənim ehtimallarımdır. Ancaq bu fikrimdə əminlik var kı, Paşinyan Kremilə boyun əysə belə, diaspora ilə yola gedə bilməyəcək və bu onun məhvinə aparacaq".
Süleyman