Lavrov: “Rusiya Ukraynayla müharibə aparmır”

Bunu İtaliyanın "Panorama" jurnalına müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

"Hər şeydən əvvəl, prinsipial bir məsələyə diqqəti yönəltmək istəyirəm: Rusiya Ukraynayla heç bir müharibə aparmır. 2014-cü ilin fevralında hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlmiş millətçilər öz xalqına qarşı müharibəyə başladılar. Müharibə Kiyevlə Ukraynanın regionları arasında gedir", - o deyib.

Nazir vurğulayıb ki, Ukraynada daxili siyasət böhranı kənardan - bütün dünyanı öz təsiri sferasına aid edən ABŞ-ın başçılıq etdiyi qərb dövlətləri qrupu tərəfindən provakasiya edilmişdi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31