Ermənistanda hakimiyyət mübarizəsi qızışır

"Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan qeyd etdiyim kimi baş nazir seçilmədi".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əəsdullazadə deyib ki,  ilk əvvəl Paşinyan Serj Sərkisyanın hakmiyyətinin devrilməsinə çalışırdı: "Hakimiyətə can atmayan kimi özünü göstərərək, etirazların kütləviləşməsinə nail oldu. Bu etirazların nəticəsi olaraq Sərkisyanın baş nazirliyinə son qoyuldu. Bundan ruhlanan Paşinyan baş nazir olmaq havasına girərək, öz hakmiyyət iddiasını ortaya qoydu. Birinci mərhələ əsasən xalq naminə etirazların idarə edilməsi idi. Və, bu etirazlar Qarabağ klanını laxlatdı". Politoloq deyib ki, etirazlar Sərkisyanın istefasını tələb edirdi, buna da nail olunaraq, birinci mərhələ bununla yekunlaşdı: "İkinci mərhələ, artıq Paşinyanın öz şəxsi mənafelərinə uyğun olaraq, hakmiyyətə gəlmək planıdır. İndi Yerevan küçələrində etirazları alovlandırmaqla Nikol hakmiyyətə can atır. Etirazları idarə edərək, sonda inqilabı öz şəxsi ambissiyalarına çevirdi".

Məhəmməd Əsədullaxadə deyib ki, Ermənistanda artıq hakmiyyət uğrunda yerli ermənilərlə, gəlmə ermənilər arasında mübarizə qızışır: "Göründüyü kmi Qarabağ klanı hakmiyyəti Nikol Paşinyana ötürmək istəmir. Dünən parlamentdə hakim Respublikaçılar Partiyası Nikol Paşinyanın əlehinə səs verdi. Kremlə bağlı olan Koçaryan və Sərkisyan hazırda birləşib, Nikol Paşinyanın zərərləşdirməyə çalışırlar. Buna necə nail olunacağı isə, Kremldən aslıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31