Çində qara yara xəstəliyi yayılıb

Çinin Mərkəzi rayonlarında qara yara xəstəliyi səbəbiylə karantin elan edilib.

Bir nəfərin öldüyü iki nəfərin də xəstəxanaya yerləşdirildiyi bildirilir. Qara Yara xəstəliyinin insanlara yoluxması halları  ölkənin Mərkəzindəki Ninsya Muxtar Vilayətində  qeydə alınıb. Xəstələnənlərin ev heyvanları inək və qoyunlarla ünsiyyətdə olduğu müəyyən edilib. Adı keçən bölgədə karantin tətbiq olunur heyvanların satılması və kəsilməsi qadağa edilib. Bir çox ölkənin Səhiyyə və Sanitariya təşkilatları Çinin Mərkəzi rayonlarına gedən vətandaşlarını xəstəliklə əlaqədar xəbərdar edərək mümkün olduqca bu bölgəyə səyahət etməməyə çağırıb.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31