Ermənistanda baş nazirin seçiləcəyi iclasın vaxtı açıqlanıb
2 May 2018 15:55 DünyaErmənistanda baş nazirin seçiləcəyi yeni tarix açıqlanıb.
Mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək. Bu barədə parlamentin sədri Ara Babloyan məlumat verib. O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq.
Xatırladaq ki, mayın 1-də keçirilən iclasda baş naziri seçmək mümkün olmayıb. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyan 53 səsə ehtiyac olduğu halda, 45 səs toplayıb.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31