Məşhur prodüser zorlamada ittiham edilir

Məşhur prodüser Harvi Vaynşteyn məhkəməyə verilib.

Prodüser zorlamada ittiham edilir. Bu dəfə isə məhkəməyə müraciət edən qadın "Marko Polo" serialının prodüserinin köməkçisi Aleksandra Kanosadır. 

Qadın iddia edir ki, Vaynşteyn onu zorlayıb və təhqir edib. Onun bu əməlləri 5 il davam edib. Vayşnteyn qızı qorxudaraq bildirib ki, əgər baş verənləri kiməsə desə və onun seksual arzularını yerinə yetirməsə, qadın işdən atılacaq və bir də şou biznesdə iş tapa bilməyəcək.

Aleksandra iddia edir ki, Vaynşteyn 2010-2015-ci illər arasında Nyu-York, Los-Anceles və Malayziyada onu zorlayıb. Kanosa Vaynşteynin şirkətində 10 il işləyib, ezamiyyətlərdə olub və bir çox layihədə iştirak edib.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31