Ermənilərin Rusiya tarixində iştirakı əksərən xəyanətlərdən ibarət olub

Hazırda Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən yerli və beynəlxalq ekspertlər belə qənaətə gəlirlər ki, əslində işğalçı ölkədə yaşananlar bir növ İrəvanın Rusiyaya xəyanətidir. Daha dəqiq desək artıq Rusiyadan umduğunu ala bilməyən Ermənistan üzünü Qərbə tərəf çevirir. Elə Nikol Paşinyanın başlamış olduğu inqilab da buna hesablanıb. Hər nə qədər rəsmi Moskva Ermənistanın ondan qopmasını, özünün nəzarətindən çıxmasını istəməsə də, lakin cərəyan edən proseslər ona aparır.  Və görünən odur ki, Ermənistanda qərbpərəstlər rusiyapərəstlərdən daha çox üstünlük təşkil edir.

Ümumiyyətlə, Ermıənistanın Rusiyaya bağlılığı və ondan qopmasına tarixin müxtəlif dövrlərində rast gəlinib və bunu da birmənalı olaraq haqlı olaraq İrəvanın Moskvaya xəyanəti kimi xarakterizə ediblər. Elə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bu qənaətdədir. O bildirib ki.  rəsmi Moskvanın ermənilərə xüsusi münasibəti izah tələb edən məsələdir. Onun sözlərinə görə, ermənilərin Rusiya tarixində iştirakı əksərən xəyanətlərdən ibarət olub: "Bu siyahını biz SSRİ-nin dağılmasında ermənilərin Birləşmiş Ştatların əlində xüsusi alət olmasından başlaya bilərdik. Amma müasir dövrdə baş verənlər daha yadda qalan olur". Mərkəz rəhbərinin sözlərinə görə,  "Noviçok" qalmaqalının müəllifi Vil Mirzəyanov ermənidir: "Dopinq qalmaqalının müəllifi Q.Rodçenkonun ermənilərə xüsusi münasibəti aşkarlandı.  Sabiq prezident Serj Sərkisyanın göstərişi ilə Ermənistan Çərkəz soyqırımının tanınmasını aktuallaşdırdı". Mübariz Əhmədoğlu deyib ki,  Serj Sərkisyanın prezidentliyi dövründə o zamankı baş nazir Tiqran Sərkisyan Avrokomissiyada iki dəfə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını müzakirə etdi: "Sabiq prezident Serj Sərkisyan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində dəfələrlə Şimali Qafqazdakı vəziyyəti müzakirə etdi. Ermənistanın Şimali Qafqazla heç bir coğrafi, milli və dini əlaqəsi yoxdur. Ümumilikdə Avropa İttifaqının Rusiyaya qarşı aqressivliyinin artmasında Serj Sərkisyan daxil olmaqla bir qrup erməninin xüsusi payı var". Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri hesab edir ki,   keçmiş SSRİ zamanı rusların qovulması Ermənistandan başladı: " İvan çamadanını götür, get evə". Sovet ordusunun müttəfiq respublikalardan qovulması prosesi də Ermənistandan başladı. Həmçinin sabiq prezident Serj Sərkisyan Suriya məsələsində bir neçə dəfə Rusiya Federasiyasının preziddnti  Vladimir Putinin təklifini rədd etdi". Mübariz Əhmıədoğlu deyib ki,   ermənilərin SSRİ-nin dağılmasında Birləşmiş Ştatların planını yerinə yetirməkdə iştirak etmələrini sabiq Ermənistan prezidenti Serj Sərkisyan Rusiya mətbuatına da etiraf etdi: "SSRİ dövründə Moskvada terror hadisəsini törədənlər də məhz ermənilər idi. Saxta pul kəsilməsi ilə məşğul olanlar da milliyyətcə erməni idilər. Bundan başqa 1918-1921-ci illərdə ermənilərin ingilislərin əlində sovet Rusiyasına qarşı vuruşması da tarixən bəlli məsələdir. Erməni Apostol Kilsəsi həmişə Rus Pravoslav Kilsəsinin əleyhinə olub". Mərkəz rəhbəri onu da ifadə edib ki,  A. Qriboyedovun ölümündə ermənilərin iştirakı açıq bəllidir: "Rus xalqı və dövlətçiliyinə qarşı belə xəyanətkar münasibətdə olan ermənilərə rəsmi Moskva həmişə hərarətli münasibət göstərib. Bəzi yüksək çinli məmurlar rus dövlətinin milli maraqlarını korrupsiya və siyasi korrupsiya ilə əvəzləyirlər. MDB və ya dünyada təkcə Rusiya və Ermənistan mövcud deyil. Digər dövlətlər də var və onların Rusiya istiqamətində siyasətlərini qurarkən Rusiyanın erməni xəyanətkarlığını mükafatlandırması vacib rol oynayır".

Göründüyü kimi ermənilər Rusiyanın ümidinə sığınıb, onlardan daimə nəfəslik kimi istifadə etsələr də, lakin son mərhələdə hər zaman öz xislətlərinə sadiq qalaraq hətta öz ağalarına belə xəyanətə əl atıblar. Uzaq tarixdən başlanan bu proses hazırda da Ermənistan dövlətinin timsalında davam edir. Amma bir şey də gün kimi aydındır ki, Rusiya heç vaxt ona edilən xəyanəti bağışlamır və şübhə yox ki, günümüzdə də İrəvanın bu yalnış addımı onun üçün ağır nəticələr doğuracaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31