Ermənistanda dəmiryolu işləmir
2 May 2018 14:27 DünyaErmənistanda dəmiryolunun fəaliyyəti tamamilə dayanıb. Bunu "Cənubi Qafqaz Dəmiryolu"nbun mətbuat katibi Vardan Aloyan deyib.
Yerevandan Tbilisiyə gedən dəmiryolu 14 yerdə bağlıdır. Yerevan-Gümrü qatarları yarı yolda qalıb. Hələlik Ermənistanın cənub istiqamətində (Artaşat və Ararat yolu) dəmiryolunun açıq olub-olmaması barədə məlumat yoxdur.
Bu axşam Yerevan-Tbilisi qatarının yola düşə biləcəyi ilə bağlı sualı idarədən cavablandıra bilməyiblər.
Sputnik.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31