Gümrü şəhər meriyası ələ keçirildi

Ermənistanın Gümrü şəhərində müxalifət tərəfdarları meriya binasına daxil olub.

Aksiya iştirakçıları mer Samvel Balasanyandan müxalifətə qoşulmağı tələb edib.

Meriyanın mətbuat xidməti hələlik heç bir açıqlama verməyib.

Analoji hadisə Ermənistanın Maralik şəhərində də baş verib. Orada etirazçılar meriyaya daxil olaraq hökumət əleyhinə şüarlar səsləndirir.

Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Yerevanda əsas küçə və prospektlər, eləcə də hava limanına aparan yol Nikol Paşinyan tərəfdarları tərəfindən bağlanıb.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31