Ermənistanda qızıl mədəni və tikiş fabrikinin işçiləri tətil edərək aksiyalara qoşulublar
2 May 2018 13:19 DünyaErmənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar.
Məlumatı "Erməni Ekoloji Cəbhəsi" yayıb.
Onların Yerevana doğru getdikləri bildirilir.
Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də "Qloriya" tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: "Vaqram çıx get!"
Qeyd edək ki, Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillə Gürcüstandan Ermənistan ərazisinə daxil olmaq mümkün deyil.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31