Çində qalmaqal — Nüvə layihəsinə qurban kəsdilər
2 May 2018 12:35 DünyaÇinin Elmlər Akademiyası tərəfindən böyük önəm verilən nüvə layihəsinə qurban kəsilib.
Açılış mərasimində qurban kəsilməsi mübahisələrə səbəb olub. Layihənin iki rəhbəri işdən uzaqlaşdırılıb.
Qansu bölgəsində dünən keçirilən açılış mərasimində xarici elm adamları da iştirak edib. Tədbirdə kütlə qarşısında qurban kəsilib. Taoizm inanınca görə baş tutan qurban kəsmə mərasimini Çin Elmlər Akademiyası tənqid edib.
Akademiyanın açıqlamasında deyilir:
"Bu layihədə ortaya çıxan və elmin ruhu ilə zidd olan hərəkətə görə üzr istəyirik. Biz elmi inkişaf və elmin ruhuna inanırıq".
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31