Ermənistan uçuruma yuvarlanır

Ermənistanda sular durulmaq bilmir. Bir müddətdir ki, siyasi baxımdan idarəolunmaz vəziyyətə gələn Ermənistan bu gün demək olar ki, heç bir ali təhsili olmayan, debil Paşinyan adlı birinin əlində girinc qalıb.  Ermənistanın hərbi, cinayətkar xuntasının rəhbəri Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmağa müvəffəq olan Nikol Paşinyan iddiasında olduğu baş nazir postunu tutmaq üçün ciddi cəhdlər göstərsə də, lakin onun bu istəyi hələlik reallaşmayıb.  Ötən gün keçirilən müzakirə və səsvermə zamanı Ermənistan parlamenti Nikol Paşinyanı yeni baş nazir kimi seçə bilməyib. Məlumat üçün qeyd edək ki,  "Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə yeganə namizəd olsa da, lakin o, bu postu tutmaq üçün lazım olan səsi toplaya bilməyib. Belə ki, iclasda 105 deputatdan 102-si iştirak edib. Ancaq Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxıb. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Qeyd edək ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), "Tsarukyan" (31 deputat), "Çıxış" (9 deputat), "Daşnaksütyun" (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.

Parlamentdəki biabırçı sonluqdan nəticə çıxarmayan Paşinyan öz hakimiyyət arzusunu reallaşdırmaq üçün yenidən kütləvi aksiyaları aktivləşdirib və xalqı meydanlara çağırıb.  Belə ki, Nikol Paşinyanın tərəfdarları onun təlimatı ilə  Respublika meydanında "qələbə çalanadək" mitinq keçirməyə hazır olduqlarını bildiriblər. Etirazçılar təslim olmağa hazırlaşmadıqlarını və lazım gələcək qədər mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər. Onlar qeyd ediblər ki, Paşinyanın baş nazir seçilməsinə qədər mitinqə gəlməyə hazırdırlar.

Göründüyü kimi, Nikol Paşinyan erməni xislətinə uyğun olaraq hakimiyyəti güc yolu ilə ələ keçirməyi qərarlaşdırıb. Açıq-aşkar hakimiyyətin qeyri-sivil, antidemokratik yolla ələ keçirilməsini hədəfləyən bu addım artıq beynəlxalq aləm, nüfuzlu siyasi institut və təşkilatlar tərəfindən də normal qarşılanmır.  Bəs, Ermənistanda baş verən proseslər bundan sonar hansı məcrada inkişaf edəcək?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, düşmən ölkədə baş verənlər Ermənistanın uçuruma yuvarlanmasını sürətləndirir. Həmçinin mərkəz  rəhbəri Ermənistanda bu kimi hadisələrin baş verdiyi bir ərəfədə Azərbaycanın hansı strategiyadan çıxış etməli olduğuna da aydınlıq gətirib: "Hakim Respublika Partiyası parlamentdə Nikol Paşinyanın baş nazirliyinə səs verməməklə taktiki baxımdan doğru addım atıb. Çünki Paşinyanın baş nazir seçilməsi üçün Respublika Partiyasından ən azı 8 səs lazım idi. Bu isə avtomatik iki nəticəyə gətirib çıxaracaqdı. Birincisi, 8 "xəyanətkar səs" faktiki hakim Respublika Partiyasının parçalanmasına yol açacaqdı. İkincisi, Respublika Partiyası rəsmən müxalifətə keçməli olacaqdı, bu isə gələcəkdə korrupsiyalaşan hakim partiyanın siyasi arenadan tədricən silinməsinə gətirib çıxaracaqdı. Onlarsa buna hazır deyillər. Ona görə də hakim partiya müqavimət göstərmədən təslim olmaq istəmir". Elxan Şahinoğlu bildirib ki, strateji baxımdan Respublika Partiyası Ermənistanın uçuruma yuvarlanmasını sürətləndirir: "Birincisi, bir həftə içərisində Nikol Paşinyan meydanda Respublika Partiyasına qarşı müqaviməti gücləndirəcək. Bu isə Ermənistanda xaosun davamı deməkdir.  Elə ola bilər ki, bu günlərdə Respublika Partiyasından qopmalar baş versin və Paşinyan parlamentdə ikinci səsverməyə qədər gərəkən 8 səsi əldə etdi. Ancaq bu olmazsa Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək və bu qonşu ölkənin tarixində ən mürəkkəb və ən gərgin seçkiyə çevriləcək. O da aydındır ki, seçkinin elə bir qalibi olmayacaq ki, hökumət bir partiyadan formalaşsın, koalisiya axtarışı da xeyli vaxt və enerji tələb edəcək.

Bəs bütün bunlar Ermənistanda baş verərkən biz nə edəcəyik - məni ən çox düşündürən bu sualdır. Hansı strategiyadan çıxış etməliyik - bu da bir başqa sualdır".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə bildirib ki,  Ermənistan inqilabının lideri və yeni hökumətin mūtləq rəhbəri Paşinyan seçim qarşısındadır: "Azadlıq və Demokratiya yoxsa, Qarabağ və For-Post? Qərb ya Rusiya? Ermənistan Ikinci yol tutsa bu dəfə Qarabağa tam můstəqillik alacaq. Rusiya būtūn gūcū və təsiri ilə, bunu razılaşdıra biləcək. Və bizim Qarabağı almağımız qaldı dūz qiyamətə, yəni gələcək zamanında dava-qırğına". İlqar Altayın sözlərinə görə,  əksinə, Ermənistan birinci yolu tutacaqsa Qarabağ getdi: "Rusiya būtūn gūcū və təsirilə Azərbaycan tərəfə dəstək verib, mūharibə başladacaq. Ətraf rayonları geri almaq, Dağlıq Qarabağa yūksək muxtariyyət statusu verilməsi ilə, Azərbaycanın tərkibində saxlanmasını təmin edəcək.  Bu saat İrəvan tarixin məsuliyyətli seçimi qarşısındadır. Ya Qarabağ azad, ya da mūstəqil inkişaflı Ermənistan. Həyatın təsadūf-təzadına bax ki, bizə sərf edən Ermənistanın azad, inkişaflı Qərb yolu seçməsi variantıdır.  Görūn, dūşdūyūmūz 25 illik bataqlıq bizi nə duruma salıb ki, torpaqlarımızın azadlıģı xatirinə dūşmən-qatil Ermənistana azad inkişaf arzu etməli oluruq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31