Tanınmış jurnalist millət vəkili olmaq arzusundadır
2 May 2018 11:28 DünyaTürkiyənin tanınmış jurnalisti İrfan Deyirmenci millət vəkili olmaq istəyir.
Bu barədə aparıcı sosial şəbəkədə məlumat yayıb. İrfan CHP partiyasından deputatlığa namizədliyini irəli sürüb. 16 aprel referendumunda "Yox" səsindən istifadə edəcəyini açıqladığı üçün işdən qovulan Deyirmenci bu dəfə bəxtini siyasət sahəsində sınayacaq:
"Bu günə qədər təqaüdçülər, haqsızlığa məruz qalanlar və gözəl ölkəmizin cəsarətli insanları üçün apardığım mübarizəni bundan sonra CHP tavanı altında davam etdirmək üçün millət vəkilliyinə namizəd oldum. Parlamentar demokratiyaya, azadlığımıza sahib çıxacağıq. Gözəl günlər yaxındadır.
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31