Parisdə polislə etirazçılar arasında qarşıdurma yaşanıb

Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında toqquşmalar olub.  

1 May mitinqinə qatılan 1200-dək anarxist mağaza və restoranların şüşələrini qırmağa, polisə "Molotov" kokteyli və fişəng atmağa başlayıb.  Polis, öz növbəsində, etirazçılara gözyaşardıcı qazdan istifadə edib.

Parisdə etiraz və qarşıdurmalar zamanı 200 etirazçı saxlanılıb, onlardan 40 nəfəri polis şöbələrinə aparılıb.  

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31