Paşinyanın tərəfdarları İrəvanda "qələbə çalanadək" mitinq keçirmək niyyətindədirlər
1 May 2018 22:35 DünyaEtirazçılar təslim olmağa hazırlaşmadıqlarını və lazım gələcək qədər mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.
Onlar qeyd ediblər ki, sabah, birisigün və qələbəyə qədər, daha doğrusu Paşinyanın baş nazir seçilməsinə qədər mitinqə gəlməyə hazırdırlar.
Bu bəyanat Ermənistan parlamenti baş nazir seçə bilmədiyini elan etməzdən əvvəl verilib.
Bundan əvvəl məlum olub ki, Ermənistan parlamenti çərşənbə axşamı yeganə namizəd, müxalifət lideri Nikol Paşinyanı yeni baş nazir postuna seçə bilməyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31