Paşinyan: “Rusiya müttəfiqimizdir, xarici siyasət dəyişməyəcək”

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Rusiya Ermənistanın strateji müttəfiqi olmaqda davam edir.

Parlamentdə çıxış edən Paşinyan qeyd edib ki, erməni xalqı xarici siyasətdə dəyişiklik tələb etmir və bu səbəbdən ölkədə hakimiyyət dəyişikliyi bir sıra qurumlardan çıxmaq mənasına gəlmir.

Onun sözlərinə görə, Ermənistan İran, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığa davam edəcək.

Parlament spikeri Ara Babloyan isə Paşinyanın sözlərinə etiraz əlaməti olaraq zalı tərk edib. Çünki Paşinyan çıxışında qeyd edib ki, uşaqlar da ölkə vətəndaşlarıdır və qərar qəbul edilməsində iştirak edə bilərlər.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31