Türkiyədə 1 may nümayişləri zamanı gərginlik yaşandı

Türkiyənin İstanbul şəhərində 1 May Beynəlxalq Əmək Günü münasibətilə keçirilən nümayişlərdə 66 nəfər həbs edilib.

56 nəfər Beşiktaşda, 6 nəfər Maltəpə, 2 nəfər Bəyoğlu, 2 nəfər isə Şişlidə polis tərəfindən saxlanılıb. Həmin şəxslər Taksim ərazisinə doğru irəliləmək istəyib.

Nümayişə icazə verilməyən Taksim Meydanı və ətraf ərazilərdə ciddi təhlükəsizlik tədbirləri təşkil edilib. İstiqlal küçəsinə ancaq polis yoxlanışından sonra keçməyə icazə verilir. 

Qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31