Kardinalın azyaşlılara qarşı cinsi zorakılıq etdiyi təsdiqləndi

Vatikan iqtisadiyyat naziri və Avstraliya kardinalı Corc Pelluşaqlara qarşı cinsi zorakılıqda iddiası ilə məhkəməyə çıxarılıb.

Melburn Sülh Məhkəməsi iddialar barədə kifayət qədər sübutun olduğuna qərar verib. Kardinal 1970-ci illərdə Viktoriya ştatında kinoteatr və hovuzda, 1990-cı illərdə Melburnda kilsədə cinsi zorakılıq edib. 

Mart ayının sonlarından bəri 30-dan çox şahidin ifadəsi dinlənilib. Məhkəmə kardinalın konkret olaraq hansı hadisələrə görə ittiham edildiyini açıqlamır. 

Cinsi zorakılığa məruz qaldığını deyən İdn Neyqlməhkəmə qərarını "tarixi bir gün" adlandırıb. 

Qeyd edək ki, Corc Pell bu iddiaları rədd edir. 76 yaşlı Pellin pasportu alınıb və o zaminlə azadlığa buraxılıb. Kardinal barədə məhkəmə qərarının nə vaxt çıxarılacağı sabah bilinəcək.

Qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31