Suriya-Türkiyə sərhədində TERROR
7 Yanvar 2017 16:03 DünyaSuriyanın Hələb şəhərinin Azez qəsəbəsində dəhşətli partlayış aktı törədilib.
Publika.az "Sky News Arabia TV"-ya istinadən xəbər verir ki, güclü partlayış nəticəsində ən azı 25 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Partlayış avtomobilə yüklənən bomba ilə törədildiyi ehtimal edilir.
Xatırladaq ki, Suriya-Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Azez qəsəbəsi Suriya müxalifətinin nəzarətində olan bölgədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31