PKK-ya qarşı əməliyyat: 2 türk hərbçi ölüb, 4-ü yaralanıb

Türkiyənin Şırnak vilayətində, Qabar dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində 2 türk hərbçi həlak olub.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 4 hərbçi də yaralanıb.

Yaralı hərbçilər Siirt Dövlət Xəstəxanasına aparılıb.

Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31