Çindən Türkiyəyə dəstək

Çin İstanbuldakı hadisədən sonra terror təhlükəsinə qarşı mübarizədə Türkiyəyə dəstək göstərmək niyyətindədir.

Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri Si Tsinpin bəyan edib.

Qeyd edək ki, yeni il gecəsi 700 nəfərin olduğu məşhur kluba silahlı basqın zamanı 16-sı xarici olmaqla 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31