Rusiyalı zabit ölü tapıldı

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının mayoru, 45 yaşlı Viktor Yemelyanovun cəsədi Yerevandakı hotellərdən birində tapılıb.

Publika.az xəbər verir ki, ilkin ehtimalda onun qəflətən öldüyü bildirilib. Polisin məlumatına görə, Yemelyanov müvəqqəti olaraq "Dostluq" hotelində məskunlaşıb.

Tibbi ekspertizanın ilkin rəyinə görə, cəsədin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb. Onun ürəktutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31