Fransa prezidenti Fransua Olland İraqa səfər edib.
APA xəbər verir ki, səfər çərçivəsində Olland İraqda İŞİD-ə qarşı əməliyyatda iştirak edən fransalı hərbçilərlə görüşəcək. Fransa prezidentinin, həmçinin İraqın ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.