4.2 bal gücündə zəlzələ olub

Rusiyanın Saxalin vilayətində 4,2 bal gücündə zəlzələ olub.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Saxalin vilayətinin Noqliki qəsəbəsində olub. Zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib.

Zəlzələ yaşayış sahələrində hiss olunmayıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31