İŞİD 7 polisi öldürdü

İŞİD terror qruplaşmasının üzvləri İraqın cənubundakı Nəcəf şəhəri yaxınlığında polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Report- xəbər verir ki, bu barədə "MIG News" xəbər verib.
Məlumata görə, hücum nəticəsində 7 polis əməkdaşı həlak olub.

Xəbərdə bildirilir ki, terrorçuların hücumu hökumət qüvvələrinin ölkənin şimalındakı Mosul şəhərində İŞİD-ə qarşı geniş miqyaslı əməliyyatla eyni vaxtda baş verib.
Terrorçuların itki verib-vermələri barəsində məlumat verilmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31