Arvadının evinə girib 13 nəfəri güllələdi

Braziliyada kişi keçmiş arvadının yaşadığı evə daxil olaraq 13 nəfəri güllələyib.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, üzərində müxtəlif silahlar olan kişi Yeni il bayramının qeyd edildiyi evə daxil olub, keçmiş həyat yoldaşına və onun ailə üzvlərinə atəş açıb.

Nəticədə kişinin keçmiş arvadı da daxil olmaqla, 13 nəfər ölüb. O, daha sonra intihar edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31