Ukraynada Minimal əmək haqqı ikiqat artırıldı

Yeni ilin yanvarın 1-dən etibarən Ukraynada minimum əmək haqqı artırılır.

Bu barədə məlumatı "112 Украина" telekanalı yayıb.

Dövlət büdcəsinə əsasən, minimum əmək haqqının məbləği birdəfəyə ikiqat qalxıb. Məbləğ 3,2 min qrivna (təxminən 118 dollar) müəyyən edilib.

2017-ci ilin dövlət büdcəsi haqqında qanunu prezident Petro Poroşenko 2016-cı ilin 27 dekabrında imzalayıb.

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31