PARTLAYIŞ: 18 ölü, 38 yaralı
31 Dekabr 2016 12:06 Dünyaİraqın paytaxtı Bağdadda ardıcıl törədilən iki partlayış nəticəsində azı 18 nəfər ölüb, 38 yaralanıb.
Partlayış paytaxtın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində törədilib.
Məlumata görə, əvvəlcə bir partlayış olub, oradakı adamlar qaçmağa başlayıb. Bu zaman ikinci partlayış törədilib.
Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu yerli polis bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31