İkibaşlı buzov doğuldu
Perunun kəndlərindən birinin sakinləri ikibaşlı buzovun doğulmasından heyrətləniblər. Bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, qeyri-adi hadisə ölkənin şimal-qərbindəki Truxilo əyalətinin El-Porvenir şəhəri yaxınlığında baş verib.
30 Dekabr 2016 20:05 DünyaPerunun kəndlərindən birinin sakinləri ikibaşlı buzovun doğulmasından heyrətləniblər. Bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, qeyri-adi hadisə ölkənin şimal-qərbindəki Truxilo əyalətinin El-Porvenir şəhəri yaxınlığında baş verib.
Qeyri-adi heyvan doğuluşundan az sonra ölüb. Yerli sakinlər hesab edirlər ki, heyvan lənətlənib. Bəzilərinin qənaətincə, bu, dünyanın sonu və ya dəhşətli fəlakətin əlamətidir. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31