İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın şərqində 6,2 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yatıb.

Məlumata görə, yeraltı təkanlar Sumbava adası sahillərində, Bima şəhərindən 68 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 72 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Bu barədə Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31