Güllələr altında “bal ayı” – Toy günündə təzə bəy... - FOTO
15 Sentyabr 2016 09:13 DünyaDünyanın ən narahat ölkələrdən birində - Somalidə vətəndaş müharibəsi və terror aktları olmasına baxmayaraq, insanlar həyatı sevməyə davam edirlər.Publika.az xəbər verir ki, "Reuters" agentliyinin müxbiri çətin günlərini yaşayan Somalidəki toylardan biri haqqında yazıb.Məhəmməd Nur və Huda Ömər iki il tanışlıqdan sonra toy etməyə qərar veriblər. Somalinin paytaxtı Moqadişuda qaçqınlar üçün salınan düşərgə onların yeni evi olacaq. Düşərgədə təxminən 400 ailə yaşayır. Onların əksəriyyət bura aclıq və vətəndaş müharibəsindən qaçaraq 1990-cı illərin əvvəllərində gəliblər.Yeni evlənən cütlük - Məhəmməd Nur və Huda Ömər metal və plastik hissələrdən hazırlanan sadə evində yaşamalı olacaqlar.Məhəmməd qaçqın düşərgəsində doğulub. Onun valideynləri kənd təsərrüfatı ilə məşğul olurdular, amma mal-qaranın ölməsindən sonra paytaxta köçməli olublar. Hazırda Məhəmməd atası kimi daşyonan işləyir."Həyat burada acıdır. Bəzən yaxın ərazidə partlayışlar baş verir, yollar kəsilir və buna görə də iş yerinə çata bilmirəm", - Məhəmməd həyatın çətinliyindən gileylənir.Huda Moqadişunun 30 kilometrliyində yaşayan ailəsini tərk edərək düşərgəyə köçüb. İndi o, yataq otağı və mətbəxə bölünən komacıqda yaşamalı olacaq. Bu, Məhəmmədin ailəsinə aid olan evin bir hissəsidir. Toy günündə təzə bəyin yataq otağı müxtəlif rəngli hava şarları və güllərlə bəzədilib."Ev mənimçün önəmli deyil. Mən evə yox, ərə gedirəm. Mən Məhəmmədi sevirəm", - Huda deyib.Bal ayını (bir həftə davam edəcək) yeni cütlüklər evdə keçirəcəklər. Sonra Hudaya başqa qadınlar qoşulacaq. Qonaqlar hədiyyələr, ev əşyaları və şirniyyatlar gətirəcəklər. Gəlin və bəyin anaları Hudaya onun ərdə olduğunun əlaməti olan müxtəlif rəngli şərflər geyindirəcəklər.Bir müddət sonra isə onlar əvvəlki həyata qayıdacaqlar. Huda ev təsərrüfatı ilə məşğul olacaq, Məhəmməd isə işə yola düşəcək."Ümid edirəm ki, uşaqlarımız olacaq və onlara təhsil verə biləcəyəm. Əgər yaxşı işim olarsa, pul toplayaraq arvad üçün mağaza açacağam ki, o, satıcı olsun", - Məhəmməd söyləyib.