Ermənistanda qazın qiyməti endirilib
31 May 2016 13:16 Dünyaİyulun 1-dən Ermənistanda təbii qaz tarifləri endiriləcək. Ermənistan mətbuatının verdiyi məlumata görə, müvafiq qərar İctimai xidmətlər Komissiyasının iclasında qəbul olunub. Bundan sonra əhali üçün 1 kubmetr qazın qiyməti 146 dram (0,3 dollar-red.) olacaq. Qərarın verilməsinə Rusiyanın aprelin 7-də Ermənistan üçün satılan qazın qiymətini 150 dollar müəyyənləşdirməsi səbəb olub. Bundan öncə Ermənistan Rusiyadan qazın 1000 kubmetrini 165 dollara alırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00