Şimali Koreyanın raket buraxılışı uğursuz oldu
31 May 2016 13:15 DünyaŞimali Koreya ortaradiuslu təsirə malik növbəti raketin sınağını həyata keçirməyə cəhd edib, amma bu buraxılış uğursuz alınıb. Oxu.az bildirir ki, raketin buraxılışı yerli vaxtla səhər saat 05.20-də Kanvondo vilayətinin Vonsan şəhərinin ərazisində həyata keçirilib. Bunun ortaradiuslu təsirə malik "Musudan" raketi olduğu ehtimal edilir. Bu qəbildən olan raket ilk dəfə aprelin 15-də sınaqdan keçirilib, amma raket havada partlamışdı, bundan sonra aprelin 28-də də iki buraxılış cəhdi olub və bunlarda uğursuz nəticələnib. Yanvarın 6-da KXDR nüvə sınağı keçirib, fevralın 7-də BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Yerin süni peyki ilə daşıyıcı-raket buraxılıb. Cavab olaraq Təhlükəsizlik Şurası KXDR qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul edib.