Polşada rus cəsusu tutulub

Polşa Ali Məhkəməsi  polşa ordusunun polkovnik-leytenantı olan Zbiqnev.B-ni Rusiyaya cəsusluq ittihamı ilə 6 il azadlıqdan məhrum edib. Zabit Rusiya xüsusi xidmət orqanlarına məxfi məlumat ötürmək ilə ittiham olunur. Qeyd edək ki, zabit hələ aprelin 26-da Polşa hüquq mühafizə orqanları tərəfindən həbs edilərək məsuliyyətə cəlb edilib. Mayın 20-də isə ruspərəst Smena partiyasının sədri Matuş Piskarski Rusiya və Çinin  xeyrinə cəsusluqda  ittiham edilərək həbs edilib. Piskarski hal-hazırda istintaq tərəfindən dindirilir. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00