Səfir Kaspşik Ermənistan XİN rəhbəri ilə Vyana razılaşmalarının yerinə yetirilməsini müzakirə edib
27 May 2016 12:33 DünyaATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilmiş monitorinqi, eləcə də mayın 16-da Vyanada Azərbaycan və Ermənistan liderlərinin görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üzrə addımları müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00